COP29

“Neftçi”nin futbolçusu “Qarabağ”ı məğlub etməyin reseptini dedi

1 Aprel 20:00 Neftçi 2 578
“Neftçi”nin futbolçusu “Qarabağ”ı məğlub etməyin reseptini dedi

Aprelin 2-3-də Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Çempion “Qarabağ” rəqib meydanında ölkə kubokunu muzeyinə aparmağı hədəf seçən “Neftçi”ni qəbul edəcək.

Məlum qarşılaşmadan öncə “ağ-qaralar”ın futbolçusu Eddi İsrafilov Sportinfo.az-a açıqlama verib.

Azərbaycan millisinin də formasını geyinən təcrübəli yarımmüdafiəçi “köhlən atlar”ı məğlub etməyin reseptini deyib:

“Futbolda mümkünsüz heç nə yoxdur. “Qarabağ”ın özündən götürək.

“Braqa”nı mübarizədən kənarlaşdıracaqlarını kim təsəvvür edirdi? Lakin futbolçular buna inanırdı.

Layiqli mübarizə sayəsində mərhələ adlayacaqlarına inanırdılar və sonda bu, baş verdi. Biz də bu cür etməliyik.

Bilirəm ki, “Qarabağ” güclü rəqibdir, illərin komandasıdır. Onlar hər 6 aydan bir heyəti dəyişmirlər. Təəssüf ki, “Neftçi”də belədir. Son 2 ildə 3 məşqçi dəyişikliyi olub, sabitlik yoxdur.

Ancaq yenə də komandamızın gücünə inanıram. Finala yüksəlmək üçün əlimizdən gələni edəcəyik”.

Aprelin 2-də “Neftçi Arena”da keçiriləcək oyun saat 20:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?