“Ukraynalı mütəxəssis hansı komandaya gəldiyini hər halda bilir”.
Bu sözlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.
Tanınmış telejurnalist Yuri Vernidubu ”Neftçi”də gərgin işin gözlədiyini bildirib. Onun fikrincə, ötən ilin dekabrında ”ağ-qaralar”la 1,5 illik müqavilə bağlamış çalışdırıcı böyük məsuliyyətə üstlənib:
”Neftçi”də hər adam baş çıxarmır. Necə ki. Vernidubun həmyerlisi Roman Qrqorçuk bacarmadı.
”Neftçi”ni hazırda avrokubok zonasından 8 xal ayırır. Rəqiblər xal itirməli, Vernidubun komandası dayanmadan qəlabələri sıralamalıdır.
İnandırıcı görünmür, amma ukraynalı mütəxəssisin komandanı bu vəziyyətdə avrokuboklara çıxarsa, bu sadəcə, futbol möcüzəsi olacaq.
Bunu isə indiyədək ”Neftçi”də yalnız Tərlan Əhmədov bacarıb”.

