Samir Abasov “Neftçi”dən pul qoparmaq fikrindən əl çəkmir - Özünə vəkil tutdu

17:40 Neftçi 375
Samir Abasov “Neftçi”dən pul qoparmaq fikrindən əl çəkmir - Özünə vəkil tutdu

«Neftçi»nin sabiq baş məşqçisi Samir Abasov hələ də iddiasından əl çəkməyib.

Noyabrın 24-də sükan arxasından uzaqlaşdırılan mütəxəssis təzminat almaq fikrindədir.

Çalışdırıcı bu məqsədlə özünə yeni vəkil tutub və keçmiş klubu ilə hüquqi proseduru tənzimləməyi ona tapşırıb.

Abasov 2024-cü ilin oktyabrından «ağ-qaralar»ın başında idi. Uğursuz nəticələr onu hər addımda təqib etdi.

«İmişli»yə Bakıda 2:3 hesablı məğlubiyyət səbr kasasını daşırdı. O, həmin gün paltardəyişmə otağında komanda üzvləri ilə görüşüb, istefa verdiyini söyləyib.

Fəqət…

Bir gün sonra mövqeyini 180 dərəcə dəyişdi. Futbolçulara «mən gedirəm» dediyini dandı, 2026-cı ilin iyununadək müqaviləsinin olduğunu xatırlatdı.

Əlbəttə, o, buna görə etdi. Təzminat almaq xatirinə sözünün arxasından qaçan Samir Abasovun gözü bu gün 150 min dollardadır.

Çünki onun aylıq məvacibi 25 min dollar olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti