Bu gedişlə mövsümün ikinci yarısında Andrey Ştoqrini yenidən "Neftçi" formasında görəcəyik.
Ukraynalı yarımmüdafiəçi Əbu Dabi toplanışında özünü yaxşı tərəfdən göstərənlər arasındadır.
Baş məşqçi Yuri Vernidub həmyerlisindən razılıq edib.
Təcrübəli mütəxəssis qarşıdakı günlərdə yekun qərarını rəsmilərə bildirəcək.
Xatırladaq ki, 27 yaşlı oyunu bu mövsüm üçün sifariş olunmayıb.
Əgər onun adı Peşəkar Futbol Liqasına göndərilərsə, heyətdə artıq 15 legioner olduğu üçün rüsum olaraq 200 min manat ödəniş ediləcək.
Görünür, ukraynalı oyunçunun canfəşanlığı hətta bu məbləği də göz önünə almağa yol açıb.
XANOĞLAN / SPORTİNFO.AZ

