«Neftçi»nin baş məşqçisi Yuri Vernidub ftubolçulara öz iş metodikası ilə bağlı son mesajını ötürüb.
Ötən ilin dekabrından «ağ-qaralar»ın sükanı arxasında olan ukraynalı mütəxəssis hamıya eyni gözlə baxdığını bildirib.
59 yaşlı çalışdırıcı qeyd edib ki, o, heç vaxt oyunçular arasında fərq qoymayıb və bundan sonra da belə olacaq.
Təcrübəli məşqçi deyib ki, onlar üçün nəticə qazanmaq çox vacibdir:
«Mən xoşlamıram ki, kimisə kollektivin gözü qarşısında danlayım. Hansı futbolçuya sözüm olacaqsa, onu otağıma çağıracam.
Heç biriniz uşaq deyilsiz və «Neftçi»yə nəyə görə gəldiyinizi bilirsiz. İndi çətin vaxtdır. Hamımız bir olub, bu vəziyyətdən çıxmalıyıq.
Ətrafdan hər hansı şəxsin fikri, sizinlə bağlı nə deməsi məni maraqlandırmır. Mən hamının oyununa baxıram və statistik göstəriciləri incələyirəm.
Kimin necə məşq etməsini, özünə necə yanaşmasını görürəm. Bu, mənim üçün kifayətdir».
SPORTİNFO.AZ

