Emin Mahmudov: “Neftçi"nin vəziyyəti yaxşı deyil, özümdən razı ola bilmərəm”

17:00 Neftçi 428
Emin Mahmudov: “Neftçi"nin vəziyyəti yaxşı deyil, özümdən razı ola bilmərəm”

"Neftçi"nin kapitanı Emin Mahmudov Sportinfo.az-a açıqlama verib.

33 yaşlı yarımmüdafiəçi 2025-ci ildə yadda qalan, müzakirə olunan əsas məqamlara toxunub.

O, ilk olaraq çıxışını dəyərləndirib:

"Bilirsən necədir, komanda yaxşı olmayanda, özümdən necə razı qalım?

"Neftçi"nin vəziyyəti yaxşı deyil və mən də bu komandanın kapitanıyam. Buna görə də özümdən razı ola bilmərəm".

Mahmudov davamında 2025-ci ildə çox müzakirə olunan, böyük dəstək görən qol sevincini şərh edib:

"Buna çox sevindim. Bütün liqalarda bunu görmək çox xoşdur.

Qol sevincim heç kimə qarşı deyil, sadəcə, dinlə bağlıdır. Belə kütləvi dəstək olacağını gözləmirdim. Görəndə çox sevinirəm".

"8 nömrə" fiziki olaraq artıq çatdırmaması ilə bağlı iradları isə bu cür şərh edib:

"Neftçi"nin vəziyyəti yaxşı olmayanda birinci növbədə kapitan baxılır. Komanda pis olanda, mənə yaxşı deyiləsi deyil.

Mən komanda deyəndə nəticələri nəzərdə tuturam, oyunçuları yox. Yaxşı heyətimiz var.

Mən də əlimdən gələni maksimum edirəm. Bəzən alınır, bəzən də yox".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti