Yeni baş məşqçi onların ikisindən də imtina etdi, “Neftçi” rəhbərliyi ŞOK OLDU!

9 Yanvar 13:00 Neftçi 5 473
Yeni baş məşqçi onların ikisindən də imtina etdi, “Neftçi” rəhbərliyi ŞOK OLDU!

«Neftçi»nin yeni baş məşqçisi Yuri Vernidub klub rəhbərliyini təəccübləndirb.

Dekabrın 9-da 1,5 illik müqaviləyə imza atmış ukraynalı onun üçün Bakının mərkəzində kirayələnmiş mənzilə köçməkdən imtina edib.

59 yaşlı mütəxəssis həmçinin gündəlik xidmət üçün nəzərdə tutulmuş maşına ehtiyac duymayıb.

Təcrübəli sükançı bildirib ki, o və köməkçiləri klubu artıq xərcə salmaq fikrində deyil - onlar Bakıxanov qəsəbəsində yerləşən bazada qalacaqlar.

Vernidub deyib ki, hazırda komandada işləri kifayət qədər çoxdur, harasa getməyə, istirahət etməyə vaxtları yoxdur.

Bir zamanlar «Şerif» ilə Çempionlar Liqasının həyacanını yaşamış məşqçi qeyd edib ki, bazada hər cür şərait mövcuddur və «Neftçi» rəhbərliyinin qayğısı ona kifayətdir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Fevral 17:30 Çək və bizə göndər!
26 Fevral 04:10 Fransaya göndəriləcək -