“Neftçi”də heç kimin ağlına gəlməyən ayrılıq gözlənilir... GECƏNİN ŞOK XƏBƏRİ!

1 Yanvar 23:20 Neftçi 560
“Neftçi”də heç kimin ağlına gəlməyən ayrılıq gözlənilir... GECƏNİN ŞOK XƏBƏRİ!

Mövsümlərarası fasilədə «Neftçi»yə cəlb olunan Kenan Piriç tezliklə Azərbaycanı tərk edə bilər.

Saytımız bu barədə klubdan məlumat əldə eləyib.

Aldığımız infomasiyaya görə, Yuri Vernidub bosniyalı qapıçının daha burada qalmasını istəmir. Balkanlı kiperin «Neftçi» formasıyla keçirdiyi əvvəlki oyunların hamısını incələyən baş məşqçi müsbət rəyə gəlməyib.

Ukraynalı çalışdırıcı artıq bu barədə idarəçilərlə fikir mübadiləsi aparıb. Bildirib ki, Piriç inamlı təsir bağışlamır və buraxılan qollarda səhvlərlə yadda qalıb.

«Ağ-qaralar» 31 yaşlı «əlcək sahibi» ilə 2 illik müqavilə imzalayıb. Vernidub «Antalyaspor»dan gəlmiş əcnəbinin kontraktına qarşılıqlı razılıq əsasında xitam verilməsi təklifi ilə çıxış edib.

Həmçinin ötən ilin əvvəlində «Sabah»dan dəvət olunan Elvin Camalov baş məşqçinin yeni illə bağlı planlarında yer almayıb.

Yuri Vernidub Samir Abasovun vaxtında komandaya cəlb edilən dayaq yarımmüdafiəçisinin xidmətinə maraq göstərmir.

Ukraynalı mütəxəssis 30 yaşlı orta sahə oyunçusunun əsas heyətə düşmək ehtimalının çox aşağı olması barədə raport hazırlayıb.

59 yaşlı çalışdırıcı orada qeyd edib ki, Azərbaycan yığmasının sabiq üzvü taktiki cəhətdən onun planlarına uyğun gəlmir, üstəlik, rəqabət aparmaq gücündə deyil.

Vernidub bu qənaətdədir ki, o, oyun praktikası qazanmaq istəyirsə, nisbətən zəif komandanın formasını geyinməlidir.

Abasovun çağırışı ilə klubunu dəyişmiş Camalov ötən mövsümün ikinci yarısında «Neftçi»nin əsas heyətində tez-tez görünsə də, cari «futbol ili»nin ilk hissəsini boşa verib.

Ötən zaman kəsiyində daha çox ehtiyatda qalıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
1 Yanvar 20:00 Çək və bizə göndər!