"Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsindəki növbəti rəqibi "Napoli" daha bir futbolçusunu zədə səbəbindən itirib.
Sportinfo.az xəbər verir ki, Neapol təmsilçisinin hücumçusu Rasmus Höylund zədələnib.
O, ötən gün A Seriyasının XII turunda evdə "Atalanta"nı 3:1 hesabı ilə məğlub etdikləri görüşün 74-cü dəqiqəsində xəsarət aldığı üçün əvəzlənib.
Danimarkalı forvardın Azərbaycan çempionuna qarşı oyunda iştirakı sual altındadır.
Daha əvvəl Romelu Lukaku, Kevin De Bruyne, Andre Zambo-Angissa, Billi Gilmur, Aleks Meret və Leonardo Spinatsolanın bu matçda oynamayacağı dəqiq idi.
Rasmus Höylund cari mövsüm ərzində meydana çıxdığı 11 oyunda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
"Napoli" - "Qarabağ" oyunu noyabrın 25-də keçiriləcək.

