“Real”ı diz çökdürmüş baş məşqçi “Neftçi”yə nə vaxt gəlir? - SON DƏQİQƏ XƏBƏRİNİ ALIN!

10:40 Neftçi 685
“Real”ı diz çökdürmüş baş məşqçi “Neftçi”yə nə vaxt gəlir? - SON DƏQİQƏ XƏBƏRİNİ ALIN!

«Neftçi»nin baş məşqçi postuna namizəd olan Yuri Vernidub yaxın günlərdə Azərbaycana gələcək.

Saytımızın əldə etdiyi məlumata görə, ukraynalı çalışdırıcı klubun şəraiti ilə yaxından tanış olmaq, rəhbərliklə üzbəüz görüşüb müqavilə şərtlərini danışmaq, qarşıya qoyulan hədəfləri konkretləşdirmək məqsədilə ölkəmizə təşrif buyuracaq.

Əslində, bakılılar 59 yaşlı mütəxəssisin ilkin razılığını alıb. Onunla qısa müddətdə təmas qurulub, təklif barədə məlumat verilib.

Bu gün «Neftçi»nin Samir Abasovla bağlı rəsmi açıqlama yayması gözlənilir.

Dünən xəbər verdiyimiz kimi, o, «İmişli» ilə matçdan (2:3) sonra istefaya gedib.

Baş məşqçi doğma publika önündə məğlubiyyətin təsiri altında paltardəyişmə otağına daxil olaraq, vəzifəsindən ayrıldığını açıqlayıb. Mütəxəssis bu vəziyyətdə işini davam etdirməyin çətinliyindən danışıb, bütün futbolçularla sağollaşıb.

Abasov 2024-cü ilin oktyabrında «ağ-qaralar»ın sükanı arxasına keçmişdi. Daha öncə - 2020-2022-ci illərdə də burada işləmiş çalışdırıcının budəfəki gəlişi qətiyyən uğurlu alınmadı.

Ötən mövsüm komandanı avrokuboklara daşıya bilməyən məşqçinin cari sezonda əldə etdiyi nəticələr də qanqaraldıcıdır. Bakılılar 12 turdan sonra Premyer Liqanın ikinci «altılığ»ında - 8-ci pillədədir.

Vernidub son 3 ili ölkəsində - «Krivbas»ın sükanı arxasında keçirib. O. daha əvvəl «Metallurq», «Zarya», «Şaxtyor Soliqorsk» kimi klublarda fəaliyyət göstərib.

Kayrerasının ən böyük uğurunu 2020-2022-ci illərdə qazanıb.

«Şerif»i Çempionlar Liqasının əsas mərhələsinə çıxarıb. Moldova komandası həmin vaxt «Real»ı udmaqla, bütün Avropaya səs salıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...