“Neftçi” daha bir qara gecə yaşadı - VİDEO

00:40 Neftçi 71
“Neftçi” daha bir qara gecə yaşadı - VİDEO

Premyer Liqada XII tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, turun son matçında "Neftçi" evdə "İmişli" ilə qarşılaşıb.

"Palms Sport Arena"da baş tutan görüşdə "İmişli" 3:2 hesablı qələbə qazanıb.

"Neftçi"dən Vinsent Abubakar (11-ci dəqiqə, penalti), Emin Mahmudov (60-cı dəqiqə) fərqlənib.

"İmişli"nin qollarını isə Ezekiel Morqan (13-cü dəqiqə), Dioqo Rollo (64-cü dəqiqə) və Edvin Banquera (85-ci dəqiqə) rəqib qapısından keçirib.

Bu nəticədən sonra "Neftçi" 7-ci, "İmişli" isə 8-ci pillədə qərarlaşıb. Hər iki komandanın 15 xalı var.

“Neftçi” - “İmişli” 2:3

Qollar: Vensan Abubakar, 11 (p.); Emin Mahmudov, 60 // Ezekiel Morqan, 13; Dioqo Rollo, 64; Edvin Banquera, 88
“Palms Sports Arena ”, 1300 tamaşaçı
Baş hakim: Cavid Cəlilov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Müslüm Əliyev
Dördüncü hakim: İslam Məmmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elgiz Abbasov
Sarı vərəqələr: Elvin Bədəlov, 32 (qeyri-idman hərəkəti) // Yau Moses, 45 (qeyriidman hərəkəti); Ronaldo de Souza, 55 (qeyri-idman hərəkəti); Azər Salahlı, 65 (qeyriidman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.

“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
15. Elvin Bədəlov
45. Vensan Abubakar
(19. Ağadadaş Salyanski, 76)
77. Falaye Sako
(17. Murad Xaçayev, 67)
24. Mustafa Sek
(22. Luis Ortis, 67)
5. İqor Ribeyro
18. İfeanyi Metyu
11. İmad Faraj
10. Freddi Varqas
(47. Murad Məmmədov, 90+3)
23. Cordan Rezabala
(9. Bassala Sambu, 67)
Ehtiyat oyunçular:
1. Emil Balayev
93. Rza Cəfərov
7. Emil Səfərov
6. Sessi Dalmeyda
27. Kristian Kostin
Məşqçi: Mübariz Orucov

“İmişli”
33. Andrey Sinenka
19. Azər Salahlı (k)
94. Rafael Vieqaş
10. Nikola Karaklaiç
(5. İdris İnqilablı, 81)
29. Edvin Banquera
14. Ronaldo de Souza
6. Yau Moses
(21. Abbas Ağazadə, 60)
9. Dioqo Almeyda
(22. İbrahim Əliyev, 81)
23. Dioqo Rollo
17. Ezekiel Morqan
7. Luis Silvestr
(44. Həzrət İsayev, 90+3)
Ehtiyat oyunçular:
1. Hüseynəli Quliyev
99. İmam Əli
77. Elmir Rəhimzadə
97. Xəzər Mahmudov
70. Mehdi Tahirov
3. Tuncay Yusifli
30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya

Digər Xəbərlər
Xəbər Lenti
23 Noyabr 20:00 Çək və bizə göndər!
23 Noyabr 17:45 Siz lap Yezidsiz ki...
22 Noyabr 22:40 “Difai”dən SÜRPRİZ!