Samir Abasov "Neftçi" ilə sağollaşdı - SON DƏQİQƏ

23 Noyabr 2025 19:50 Neftçi 20 146
Samir Abasov "Neftçi" ilə sağollaşdı - SON DƏQİQƏ

"Neftçi" rəhbərliyi baş məşqçi Samir Abasovla bağlı yeni qərar verib.

Klubdan əldə etdiyimiz məlumata görə, onunla yollar ayrılacaq.

Səbəb uğursuz nəticələrdir.

Bu gün Premyer Liqanın 12-ci turu çərçivəsində "İmişli"yə doğma meydanda məğlubiyyət (2:3) rəsmilərin səbr kasasını daşırıb.

Bu matçdan sonra Abasov paltardəyişmə otağında kollektivlə vidalaşıb. O, indən belə burada qalmayacağını bildirib.

"Ağ-qaralar" arxada qalan 12 turda aktivinə cəmi 15 xal yazdıra bilib. Paytaxt təmsilçisi bu yenilgidən sonra turnir cədvəlində 8-ci pilləyə yuvarlanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 08:00 Qədimova seans keçirdi