Abubakar “Neftçi”yə gələndən sonra nəyə heyran qalıb?

14:40 Neftçi 299
Abubakar “Neftçi”yə gələndən sonra nəyə heyran qalıb?

Bir ay öncə «Neftçi»yə qoşulan Vensan Abubakar Bakıya heyran qalıb.

Premyer Liqada 3 qol vurmağı bacarmış kamerunlu hücumçu paytaxtımızın gözəlliyinə vurulub.

Vaxtilə Portuqaliya və Türkiyədə böyük karyera yolu keçmiş 33 yaşlı ulduz şəhərin artıq onu özünə bağladığını etiraf edib.

Afrikalı forvard klubun əməkdaşları ilə bu barədə söhbətləşib və Bakı haqda kifayət qədər müsbət fikirlər səsləndirib.

Abubakar ölkəmizə gəlməmişdən öncə Bakını bu cür təsəvvür etmədiyini, buranın yaşamaq üçün əla məkan tolduğunu bildirib.

Fürsət tapdıqca şəhəri tanımağa çalışdığını deyən sabiq «Beşiktaş»lı qeyd edib ki, paytaxtımız arxitekturası ilə onda rəğbət yaradıb.

Azərbaycanın təhlükəsiz yer olması qənaətinə gələn hücumçu Bakının dünyanın böyük şəhərlərindən qətiyyən geri qalmadığını vurğulayıb.

Kamerun yığmasının üzvü hələ bir neçə il ölkəmizdə qalmaq istədiyini də gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti