“Neftçi”nin müdafiəçisindən görünməyən etiraf: “Onlarda olan keyfiyyət bizdə yoxdur”

19 Noyabr 23:40 Neftçi 128
“Neftçi”nin müdafiəçisindən görünməyən etiraf: “Onlarda olan keyfiyyət bizdə yoxdur”

“Futbolçunun səviyyəsi onun rahatlığından bilinir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin müdafiəçisi Elvin Bədəlov deyib.

“Neftçi”nin də formasını geyinən arxa xətt oyunçusu yığmanın dünya çempionatının seçmə mərhələsinin son iki turunda öncə İslandiyaya 0:2, ardınca Fransaya 1:3 hesabıyla uduzmasından danışıb.

O, rəqiblərdən keyfiyyət baxımından geri qaldıqlarını etiraf edib:

«Bir neçə ötürmə ilə rahatlıqla cərimə meydançamıza daxil olurdular. Bizdə isə bəzi futbolçular klubunda oynamır, ya da az oynayır.

Bəziləri milli komandanın həyəcanını indi-indi hiss etməyə başlayır. Ona görə də rəqibin qapısına yaxınlaşanda tələskənlik yaranır, qərarı gec veririk, nə edəcəyimizi bilmirik.

Açıq danışmalıyıq, onlarda olan keyfiyyət bizdə yoxdur. Əlimizdən gələni etməyə çalışdıq. Bu cür rəqiblərlə ayaqlaşmaq istəyiriksə, daha çox işləmək lazımdır”.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!