Abubakarın özüylə “Neftçi”yə gətirdiyi məşqçi Azərbaycanda qalmadı

14:40 Neftçi 296
Abubakarın özüylə “Neftçi”yə gətirdiyi məşqçi Azərbaycanda qalmadı

Oktyabrda «Neftçi»nin sıralarına qoşulmuş Vensan Abubakar özüylə bərabər gətirdiyi şəxsi məşqçini Azərbaycandan yola salıb.

Bu barədə paytaxt təmsilçisindən redaksiyamıza bildirilib.

Verilən məlumata görə, kamerunlu hücumçu fiziki hazırlıq üzrə mütəxəssisin köməyinə daha ehtiyac duymayıb. Həmin çaldışdırıcı bir neçə gün burada qalıb, aylıq məşq proqramı tərtib edib və geri qayıdıb.

Saytımıza məlum olub ki, 33 yaşlı ulduz uzun illərdir həmin məşqçi ilə bir yerdədir. O, «Porto», «Beşiktaş» və «Hatayspor»da da məşhur forvardı tək buraxmayıb.

Sadəcə, Abubakar «Neftçi»də onun köməyinə ciddi ehtiyac görməyib. Samir Abasovun keçdiyi gündəlik hazırlıq prosesi onu qane edir.

Kamerun yığmasının aparıcı siması indi tam formada deyil, artıq çəkidən əziyyət çəkir.

Vaxtilə dünya çempionatında iştirak eləmiş qolçuya 10-15 gün vaxt lazımdır ki, istənilən səviyyəyə çatsın.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti