“Anderlext”in sabiq yarımmüdafiəçisi “Neftçi”nin formasını geyinəcək - Abasov istəsə!

10:40 Neftçi 308
“Anderlext”in sabiq yarımmüdafiəçisi “Neftçi”nin formasını geyinəcək - Abasov istəsə!

İdrissa Dumbiyanın ”Neftçi”yə keçidi Samir Abasovdan asılıdır.

Klubdan əldə etdiyimiz məlumata görə, Fil Dişi Sahilindən olan legionerlə aparılan danışıqlar artıq başa çatıb.

Yarımmüdafiəçinin müqavilənin müddəti və maliyyə şərtləri ilə bağlı ona irəli sürülən son təkliflə razılaşıb.

Afrikalı ilkin mərhələdə gələn ilin yayınadək nəzərdə tutulan anlaşmaya imza atmağa razıdır. Gələn mövsümü burada keçirib-keçirməyəcəyi isə qarşıdakı aylardakı çıxışından asılıdır.

Dumbiya özü bura gəlməyə təşəbbüs göstərib. Və bakılılar üçün kifayət qədər münasib maaşa.

Paytaxt klubu Dumbiya ilə 2 aya yaxın danışıqlar aparıb. O, oktyabrda iki həftəyə yaxın Bakıda qalıb.

Klubun şəraitini bəyənsə də, müqavilənin müddəti və maliyyə şərtləri sarıdan fikirlər üst-üstə düşməyib.

İndi isə rəsmilər gözünü Abasova dikib. Çalışdırıcı nə deyəcəksə, ona uyğun addım atacaqlar.
Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.

İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti