Samir Abasovdan "yox" cavabı alan əcnəbi getməyə qərar verdi

16:00 Neftçi 240
Samir Abasovdan "yox" cavabı alan əcnəbi getməyə qərar verdi

Alek Fernandesin "Neftçi"də qalmaq istəyi baş tutmayıb.

Belə ki, braziliyalı bir müddət əvvəl "ağ qaralar"la yolları davam etdirməkdə maraqlı olduğunu dilə gətirib.

Amma baş məşqçi Samir Abasov onun istəyini geri çevirib.

Səbəb təcrübəli mütəxəssisin heyəti formalaşdırmasıdır. 23 yaşlı legioner mövsümün əvvəli planlara daxil idi, ancaq indi yox. Çünki yerinə yeni əcnəbilər transfer edilib.

Aldığı cavabdan məyus olan Cənubi Amerikadan olan yarımmüdafiəçinin belədə qışda düşərgəni tərk edəcəyi dəqiqləşib.

Ya məxsus olduğu "Baltika"ya, ya da yeni tapacağı ünvana gedəcək.

Hələ də əsas komanda ilə məşq edən Alex bu ilin fevralından paytaxt klubuna pənah gətirib.

O, "ağ qaralar"ın heyətində meydana çıxdığı 16 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti