“Neftçi”də ayrılıq anı yaxınlaşır… Onu istəyən iki klub bilindi

15 Noyabr 14:00 Neftçi 4 300
“Neftçi”də ayrılıq anı yaxınlaşır… Onu istəyən iki klub bilindi

Monteneqro yığmasının yarımmüdafiəçisi Edvin Kuç qışda “Neftçi”dən ayrıla bilər.

Burada əsas heyətə düşməyə çətinlik çəkən legionerin vətəninə qayıtması gözlənilir.

Hazırda bir neçə yerli klubla danışıqlar aparır, onların arasında «Buduçnost» vçə «Mladost» da var.

Bakılılar Samir Abasovun xidmətindən az-az yararlandığı balkanlıya sərbəst agent statusu verməyə razıdır. Təbii ki, səbəbkar böyük məbləğdə təzminat istəməsə və müqaviləni qarşılıqlı formada pozmağa müsbət yanaşarsa.

«Ağ-qaralar» Kuçla 2024-cü ilin yayında 3 illik sözləşmsə imzalayıb.

31 yaşlı yarımmüdafiəçi Monteneqronun “Berane” (2012-2013), “Deçiç” (2013-2014, 2016-2017), “Mladost” (2015-2016), “Rudar” (2017-2019), Çexiyanın “Viagem Usti nad Labem” (2014-2015), Kosovonun “Ballkani” (2019-2024) və “Gyilani” (2020) klublarında çıxış edib,

Monteneqro millisinin heyətində 7 oyun keçirib, 3 qol vurub. Monteneqro çempionatının (2016), Kosovo çempionatının (2022, 2023, 2024), kubokunun (2024) və Superkubokunun (2023) qalibi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 08:40 Onlardan da PUL ÇIXDI
5 Dekabr 04:00 Burada kimlər olacaq?