Bu etirafı etdi, qaçıb gizlənmədi: “Alınmadı, bacarmadıq”

20:40 Neftçi 117
Bu etirafı etdi, qaçıb gizlənmədi: “Alınmadı, bacarmadıq”

Azərbaycan yığmasının müdafiəçisi Elvin Bədəlov şərəfini qoruduğu komandanın məğlubiyyətini şərh edib.

Noyabrın 13-də Bakıda baş tutan Azərbaycan – İslandiya qarşılaşmasında sevinən tərəf qonaqlar oldu.

Ada təmsilçisi ilk hissədə vurulan 2 qolun hesabına növbəti 3 xalı bayram edib, Avropa çempionatına vəsiqə qazanmaq şansını sonuncu tura saxladı.

Bədəlov Sportinfo.az-a açıqlamasında məğlubiyyətə səbəb olan faktları sadalayıb:

“İslandiya həqiqətən güclü rəqibdir. Bu gün bunu bir daha sübut etdilər.

Komandaları müasir futbolun tələblərinə cavab verir. Topla davranışlarını, anlaşma səviyyəsini, hücum qurmaq potensiallarını gördüz.

Meydana sırf qələbə qazanmaq istəyi ilə çıxmışdıq. Alınmadı.

Bacarmadıq. İkinci hissədəki kimi oynasaydıq, yaxşı nəticə qazana bilərdik.

İki səhv etdik, ikisindən də yararlandılar. İkinci yarıda demək olar epizod vermədik.

Statikstikaya baxsaq, bəlkə də bizim real qol imkanlarımız onlarınkından çoxdur. Qol vurmaq lazım idi”.

Azərbaycan millisi seçmə mərhələdə sonuncu görüşünü noyabrın 16-da Fransa seçməsinə qarşı keçirəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun start fiti saat 21:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti