Oktyabrda «Neftçi»nin sıralarına qoşulan Vensan Abubakarı Azərbaycanda azarkeşlərin futbola maraq səviyyəsi təəccübləndirib.
Bakılılarla 7 ay+1 illik müqavilə imzalamış kamerunlu hücumçu Premyer Liqa oyunlarının əksər hallarda bir neçə yüz tamaşaçının iştirakıyla keçirilməsinə heyrətini gizlədə bilməyib.
33 yaşlı tanınmış forvard klub funksionerləri ilə söhbətində bu məqama xüsusi diqqət çəkib.
O, çempionatın digər qarşılaşmalarını da izlədiyini, rəqiblər barədə məlumat toplamağa çalışdığını qeyd edib, eyni zamanda bildirib ki, ilkin təəssüratları müsbətdir və əksər iştirakçılar medallar uğrunda mübarizə aparmağa qadirdir.
Vaxtilə «Porto» və «Beşiktaş»ın formasını geyinmiş afrikalı fanatların stadiona az gəlməsinin səbəbinin ona qaranlıq qaldığını söyləyib.
Abubakar bu kimi halla ilk dəfə qarşılaşdığını vurğulayıb, Türkiyədən bir neçə nümunə göstərib, «Beşiktaş»da keçirdiyi illəri xatırladıb
SPORTİNFO.AZ

