Samir Abasov hakimləri söydü, “Neftçi” ağır cəza aldı

19:20 Neftçi 181
Samir Abasov hakimləri söydü, “Neftçi” ağır cəza aldı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, iclasda Premyer Liqada 11-ci turun “Qarabağ” – “Neftçi” oyununda yaşananlarla bağlı qərarlar verilib.

Qərarda qeyd edilir ki, matçın 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilib.

Oyunun 84-cü dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 3500 manat cərimə edilib.

“Neftçi” azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilib.

“Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilib.

Həmçinin bildirilib ki, oyun bitdikdən sonra “Neftçi”nin baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırıb., klub 10000 manat cərimə edilib.

Digər Xəbərlər
Xəbər Lenti