Azərbaycan pasportu alan azərbaycanlı “Neftçi”nin maraq dairəsində

13:00 Neftçi 309
Azərbaycan pasportu alan azərbaycanlı “Neftçi”nin maraq dairəsində

«Neftçi»nin baş məşqçisi Samir Abasovun qış fasiləsindən sonra sərəncamında görmək istədiyi yerli futbolçulardan birinin kimliyi bəlli olub.

O, Ayaz Quliyevin xidmətində maraqlıdır.

Təcrübəldi mütəxəssis «Sabah»da əsas heyətə düşə bilməyən yarımmüdafiəçiyə etimad göstərməyə maraqlıdır. Quliyevin özü artıq bundan xəbərdardır.

Ayaz gələn ayın sonunda "Sabah"dan ayrıla bilər. Rusiyada dünyaya gəlmiş orta sahə oyunçusu Valdas Dambrauskasın növbəti planlarında yer almır.

Yayda görəvə gəlmiş baş məşqçi onunla çalışmaq istəmədiyi haqda idarəçilərə mesaj verib.

Litvalı mütəxəssis Quliyevin sürət cəhətdən axsamasına diqqət çəkib, davamlı hərəkət etməyə meyl salmadığını vurğulayıb.

Quliyev 2023-cü ilin avqustunda “Ximki”dən transfer edilib. Onunla 3 illik müqavilə bağlanıb. "Sabah”da 8 nömrəli formanı geyinən Ayazın kontraktı mövsümün sonunda başa çatacaq.

“Spartak”ın (Moskva) yetirməsi karyerası ərzində bu klubun əvəzedici və əsas komandasında (2013-2017, 2018-2020), həmçinin “Anji” (2017-2018), “Rostov” (2018), “Arsenal” (Tula, 2021/22) və “Ximki”də (2022-2023) çıxış edib.

Rusiyanın aşağı yaş qruplarından ibarət millilərinin üzvü olub. İlyarım isə Azərbaycan pasportu alıb.

Ayaz bura gələndən özünü isbatlaya bilməyib. Bir müddət zədədən əziyyət çəkib, əsas heyətdən kənarda qalıb.

Dambrauskas da ona bir elə bel bağlamır. Yarımmüdafiəçi vaxtının çoxunu ehtiyat skamyada əyləşməklə keçirir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti