«Neftçi»nin yeni hücumçusu Vensan Abubakar ilk Azərbaycan derbisində iştirakından narazı qalıb.
Premyer Liqada üçüncü oyununu «Qarabağ»a qarşı keçirən kamerunlu ulduz meydanı qol vurmadan məğlub tərk etmələrindən məyusdur.
33 yaşlı tanınmış forvard bu barədə komanda yoldaşlarıyla söhbətləşib.
O, şans qazandığı 75 dəqiqə ərzində fərqlənməyə fürsət yaxalamadığını, «Qarabağ»ın müdafiəçiləri tərəfindən hər addımda «təqib» olunduğunu bildirib.
«Beşiktaş»dakı çıxışıyla məşhurlaşmış Abubakar deyib ki, rəqib onu cərimə meydançasından kənarda saxlamağa çalışıb.
Bununla belə, Kamerun yığmasının lideri iddia edib ki, növbəti derbilər tamamilə fərqli keçəcək. Hücumçu tədricən formaya düşdüyünü və vurduğu qollarla «Neftçi» azarkeşlərini sevindirəcəyini söyləyib.
SPORTİNFO.AZ

