“Neftçi” ilə əlaqə saxladı, “güzəştə getməyə hazıram“ söylədi, danışıqlar bərpa olundu

09:20 Neftçi 535
“Neftçi” ilə əlaqə saxladı, “güzəştə getməyə hazıram“ söylədi, danışıqlar bərpa olundu

“Neftçi” ilə İdrissa Dumbiya arasında danışıqlar yenidən bərpa olunub.

Klubdan redaksiyamıza verilən məlumata görə, bu, adıçəkilən yarımmüdafiəçinin təşəbbüsü ilə baş tutub.

Fil Dişi Sahilindən olan legioner karyerasını ölkəmizdə davam etdirmək üçün güzəştə getməyə artıq hazırdır. Bakıya xəbər göndərən afrikalı Azərbaycana səfər etməyə hazır olduğunu bildirib.

Paytaxt klubu Dumbiya ilə 2 aya yaxın danışıqlar aparıb. O, iki həftəyə yaxın Bakıda qalsa və klubun şəraitini bəyənsə də, müqavilənin müddəti və maliyyə şərtləri sarıdan fikirlər üst-üstə düşməyib.

«Ağ-qaralar» ona 7 aylıq kontrakt təklif etsə də, Dumbiya anlaşmanın birbaşa 2027-ci ilin yayınadək bağlanılmasını istəyib. Üstəlik, tələb etdiyi məvacib paytaxt təmsilçisinin müəyyənləşdirdiyi rəqəmin xeyli üstünə çıxıb.

Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.

İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 12:00 Vinisius satılacaqmı?
11 Noyabr 08:20 Cavidin “yem”i - VİDEO