Abubkar nə üçün “Qarabağ”la oyunda ortalıqdan yox oldu?

18:00 Neftçi 277
Abubkar nə üçün “Qarabağ”la oyunda ortalıqdan yox oldu?

Son vaxtlar «Neftçi»dən gözləntilər artıb.

Bu da sırf Vensan Abubakara görədir.

Kamerunlu hücumçu gəlişi ilə «ağ-qaralar»ın ab-havasını 180 dərəcə dəyişib. Bakılılar 33 yaşlı ulduzu sıralarına qatandan bəri keçirdiyi 3 oyunu qələbə ilə bitirmişdi.

«Beşiktaş»da məşhurlaşmış afrikalı debüt matçında «Qəbələ»yə qol vurmuş, bir də məhsuldar ötürmə vermişdi.

O, MOİK-lə ölkə kubokunun ikinci təsnifat mərhələsinin oyununda da meydanı başıaşağı tərk etməmişdi - bu dəfə dubla imza atmışdı. Daha bir qolu isə «Kəpəz»in qapısına vurmuşdu.

Beləcə, 3 qarşılaşmada 4 dəfə fərqlənməyi bacaran Abubakarın Azərbaycan derbisində özünü necə göstərəcəyi böyük maraq doğururdu.

Lakin bəlli oldu ki, onlan gözləntilər həddən ziyadə böyük ümiş. Altı ay ayağına top dəyməmiş kamerunlu hücumçu müdafiəçilərin arasında görünməz oldu.

75 dəqiqə qaçmadı: bir az yeridi, bir az gəzişdi. Cərimə meydançası daxilində etkisiz hala gətirildi, ayağına top dəymədi, zərbə endirə bilmədi.

Cərimə meydançasından kənardakı Abubakar isə tam bir fiasko! Artıq çəkiddən əziyyət çəkdiyini gözlər önünə sərdi.

«Beşiktaş»ın sabiq ulduzu hələ belə oyunlara hazır deyil. Abubakar indilərdə yalnız ortabab və autsayder komandarla matçlarda nəsə edə, qol vur bilər.

«Qarabağ»ın arxa xətt oyunçuları son illərdə dünya çapında kifayət qədər məşhur o qədər hücumçulara qarşı oynayıb, Abubkarın varlığından qətiyyən narahatlıq keçirmədidər.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti