Təkid etdi, axır ki, “Neftçi” rəhbərliyi razılaşdı - Müvəqqəti ayrılığa az qaldı…

14:20 Neftçi 345
Təkid etdi, axır ki, “Neftçi” rəhbərliyi razılaşdı - Müvəqqəti ayrılığa az qaldı…

«Neftçi» Rza Cəfərovla müvəqqəti vidalaşmağa razılaşıb.

Bu mövsüm meydan üzü görməyən qapıçı qış fasiləsindən sonra düşərgəni tərk edəcək.

Rəhbərlik 23 yaşlı gənci burada saxlamağa çox səy göstərsə də, o, fikrindən dönməyib.

Kenan Piriçin gəlişi ilə əsas heyətdə yerini itirən «əlcək sahibi» bu vəziyyətdə Samir Abasovla çalışmaq istəmədiyini bildirib.

Ayxan Abbasovun növbəti dəfə milliyə çağırdığı Cəfərov real müştəriləri indi növbə çəkir.

«Qəbələ» və «Kəpəz» bu siyahıda öncüllərdəndir. O, minimum mövsümün ikinci yarısını başqa komandada keçirəcək.

Premyer Liqanın ilk 11 həftəsində «Neftçi»nin qapısını bosniyalı legioner qoruyub. Baş məşqçi ölkə kubokunun ikinci təsnifat mərhələsinin MOİK-lə matçında (6:2) «çərçivə»ni yenə ona yox, Emil Balayevə tapşırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti