Samir Abasov komanda üzvlərini sevindirib.
47 yaşlı mütəxəssis “Qarabağ”a 0:2 hesablı yenilgidən sonra futbolçulara şad xəbər verib.
O, bildirib ki, derbidəki yenilgiyə baxmayaraq, milli komandaların oyunları ilə bağlı yaranmış fasiləyə görə məşqlərdən azaddırlar.
İstirahət müddəti 3 gün nəzərdə tutulub. “Ağ-qaralar” bir də noyabrın 14-də təlim-məşq bazasında bir araya gələcək.
Dincəlmək imkanı tək futbolçulara yox, hamıya aiddir – məşqçilərə, həkimlərə, inzibatçılara, sürücülərə.
Bu müddətdə istəyən vətəninə yollana, yaxud istirahət üçün münasib regionlara üz tuta bilər.
Abasov fasilə dönəmində yoldaşlıq görüşünün keçirilməsini məqbul saymayıb. Ən yaxşı halda əvəzedici komanda ilə ikitərəfli oyun xarakterli görüş baş tuta bilər.
“Neftçi” noyabrın 23-də “İmişli”ni qəbul edəcək. “Palms Sports Arena”da gerçəkləşəcək qarşılaşma saat 17:30-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

