Samir Abasovdan yaxşı düşüncə, uğursuz icra

20:40 Neftçi 167
Samir Abasovdan yaxşı düşüncə, uğursuz icra

"Neftçi" Azərbaycan derbisində növbəti dəfə məğlubiyyət aldı - 0:2.

Mətbuatın sevdiyi personajlardan olan Samir Abasov bu dəfə də matçdan sonrakı açıqlamaları ilə gündəmə gəldi.

Təcrübəli mütəxəssis "Bu qədər adamın oyuna gəlməsi, əsla "Qarabağ" və onların oynadığı oyun deyil, "Neftçi"dir" deməklə rəqibin bostanına daş atmış oldu.

Könül istərdi ki, Qurban Qurbanov da bu fikirlərə bir qədər emosional cavab versin. Axı futbol həm də belə açıqlamaları ilə gözəldir. Azarkeşə, mətbuata və bu işin içində olan bütün iştirakçılara.

Ona görə də fikirlərinə görə Samir Abasovu tənqid etmək niyyətim yoxdur.

Amma həqiqəti demək məsuliyyətini də üzərimdən ata bilmərəm.

Görünür, Abasov fikirləri ilə öz fanatlarını dəyərə mindirməyi düşünüb. Bəlkə də məqsədi rəqib cəbhəyə "ilişmək" olmayıb. Lakin bilərəkdən-bilməyərəkdən bunu etmiş oldu.

Düşüncəsi alqışalayiqdir, amma icrası qüsurludur.

Rəqabətə gərginlik gətirəcək açıqlamadır, amma həqiqət payı heç də deyildiyi qədər deyil.

Düzdü, "ağ qaralar"ın son oyunlardakı qələbələri, bu mövsümdə yaratdığı inam saya təsir etmişdi.

Amma ümumilikdə dünənki xoş görüntülərin arxasında hər iki komandanın payı vardı.

Hər iki komandaya təşəkkür düşürdü.

5000 nəfər təkcə nə "Neftçi"yə, nə də "Qarabağ"a görə tribunalara cəm olmamışdı.

Hər iki komandanı deyib gəlmişdilər.

Əksi olsaydı, "Neftçi"nin digər səfər oyunlarını demirəm, ev oyunlarında da bu sayda adam olardı.

Həmçinin də "Qarabağ"ın...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti