Emin Mahmudovun üzləşdiyi problem millidə narahatlıq yaratdı - Ona təkid ediblər ki…

09:00 Neftçi 195
Emin Mahmudovun üzləşdiyi problem millidə narahatlıq yaratdı - Ona təkid ediblər ki…

Millinin və «Neftçi»nin kapitanı Emin Mahmudov bu gün müayinə olunacaq.

Buna səbəb yarımmüdafiəçinin dünən növbəti dəfə zədələnməsidir.

Belə ki, Premyer Liqanın 11-ci turu çərçivəsində «Qarabağ»ın qonağı olan «ağ-qaralar»ın lideri ilk hissədə ayağından xəsarət alıb. Odur ki, fasilədə Cordan Rezabala ilə əvəzlənib.

Müayinə millinin həkimləri tərəfindən aparılacaq. Demə, Mahmudov Azərbaycan derbisinə kimi «Neftçi»nin bir neçə məşqində iştirak etməyib.

«Kəpəz»lə ötən tur keçirilən görüşdə ayağında ağrılar hiss eləmiş orta sahə oyunçusu hazırlıq prosesindən kənarda qalıb. O, yalnız dünən Samir Abasovun təkidiylə meydana çıxıb.

Yığmamız noyabrın 10-dan 17-dək Bakıda təlim-məşq toplanışında olacaq. Baş məşqçi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək iki oyun üçün heyəti açıqlayıb.

Emin də həmin siyahıda yer alıb. Müayinənin ənticəsi bəlli edəcək ki, o, komandaya yardımçı ola biləcək, ya yox.

Azərbaycan millisi noyabrın 13-də 8-ci km qəsəbə stadionunda İslandiya, noyabrın 16-da isə Tofiq Bəhramov adəna Respublika Stadionunda Fransa ilə qarşılaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti