Samir Abasov: “Bu, bizə pis təsir elədi, hamımızı özümüzdən çıxardı” - VİDEO

10 Noyabr 2025 08:40 Neftçi 1 632
Samir Abasov: “Bu, bizə pis təsir elədi, hamımızı özümüzdən çıxardı” - VİDEO

“Bu cür ucuz penaltilər verilməz”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov bu gün baş tutan “Qarabağ”-“Neftçi” oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

“Niyə “Turan Tovuz”la oyunda Samboya verilmədi? Eyni təmaslardır, bu cür oyunlarda yıxmaq olmaz.

Həddindən artıq pis təsir elədi, hamımızı özümüzdən çıxardı. Bir oyunçunun özünü yıxması daha bariz görünürdü, nəinki ona dəyən zərbədən. Bu penaltının verilməsi hakimin səhvidir”, - deyə o əlavə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti