"Belə ucuz penalti verməzlər" - Samir Abasov

21:10 Neftçi 703
"Belə ucuz penalti verməzlər" - Samir Abasov

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub. Turun mərkəzi qarşılaşmasında "Qarabağ" "Neftçi"ni 2:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırıb:

"Mən də ölkəmizi təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin".

- Emin Mahmudovun əvəzlənməsi nə ilə bağlıdır?

- Oyundan əvvəl zədəsi var idi. Ona görə də, bir hissə onu, bir hissə Rezabalanı oynatdım. Birinci hissə bitməmişdən Mahmudov göstərdi ki, dəyişilmək istəyir.

- Vensan Abubakarın bugünkü performansı necə dəyərləndirərdin?

- Komanda pis oynamadı. "Qarabağ"a qarşı səfərdə oynamaq asan deyil. Onlar hansı səviyyədədir görürük. Birinci hissədə düz və yaxşı oyayırdı. Bunu sona qədər də davam etdirdik. Abubakarın epizoda girməməyinə gəldikdə, "Qarabağ" elə komanda deyil ki, hər dəqiqə epizod yaradasan. 2-3 epizod var idi ki, onlardan yararlana bilərdik. Uduzmağımızın səbəbi komandadır, biz də qarışıq. Əsas odur ki, çox yaxşı hücumçumuz var, Digər hücumçular, Abubakarın gəlişindən sonra yüksək motivasiya qazanıblar, bu da bizim üçün xoşdur. Razılaşmaya bilərsiz, belə dəqiqələrdə ucuz penaltilər verilməz. Elçin Məsiyev deyirsə ki, kontakt oyunudur, niyə "Zirə" və "Turan Tovuz"la matçlarda verilmədi penalti? Çox pis təsir edir. Həmin penalti bizi özümüzdən çıxardı. Kontakt var idi, amma bu oyun kontakt oyunudur. Oyunçu özünü yerə yıxmaq istəyirdi. Hakim tərəfdən həmin penaltinin verilməsi böyük səhv idi.

- İstədiyiniz nəticəni qazanmağa nə çatmadı?

- Qol vurmalısan ki, udasan. Komandamdan çox razıyam. Fərqli "Neftçi"ni izləyirik. Bu gün bu qədər adamın oyuna gəlməsi, əsla "Qarabağ" və onların oynadığı oyun deyil, "Neftçi"dir. Hamıya ümid vermişdi, davam edir. Çox yaxşı komanda qururuq. Pis oynamadıq. Bəzi oyunçular meydançada çox yaxşı idilər. Bəzi planlar pozuldu. Nəyi daha yaxşı edə bilərik deyə, onun üzərində işləyəcəyik.

- Varqas hücumçu arxasında oynayanda, daha effektiv görünür...

- O, hər yerdə effektlidir.

- "Neftçi" qolu buraxdıqdan sonra riskə gec getdiz? Dəyişikliyə gec gedildi...

- Səbirlə gözləyirdik. Alesio Kurçini də buraxmaq istəyirdik. Bütün planlar Eminin oyundan çıxmağı ilə pozuldu. Düşünürdük ki, 70-75-ci dəqiqədə hücumameyilli, sürətli oyunçular buraxaq. Yaxşı, sıx oynayırdıq. Düşünmürəm ki, nəyisə gec etdik. Planın pozulması buna səbəb göstərilə bilər.

- Futbolçular bəzi epizodlarda fərdi oynayırdı..

- Düzgün qərar idi. Üzərində dayanmışdıq. Çünki rəqib çox pressinq edirdi. Bir oyunçunu əksiltmək çox vacib idi. Biz bu pressinqi ancaq belə yara bilərdik. Sıx pressinq top itkisinə səbəb ola bilərdi. Daha yaxşı komandaya çevrilmək üçün yaxşı oyun idi.

Digər Xəbərlər
Xəbər Lenti