Emin Mahmudov: “Mən "Neftçi"də qalmaqla səhv etməmişəm”

21:20 Neftçi 228
Emin Mahmudov: “Mən "Neftçi"də qalmaqla səhv etməmişəm”

“Mən heç vaxt düşünməmişəm ki, "Neftçi"də qalmaqla səhv etmişəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin kapitanı Emin Mahmudov deyib.

2017-ci ildən ağ-qara formanı geyinən yarımmüdafiəçi maraqı etiraf edib.

O, burada uğursuz dönəmlər yaşasa da, peşmanlıq hissi keçirmədiyini söyləyib. Yəni ki, öz-özlüyündə "kaş başqa kluba keçərdim" deməyib:

“Getmək variantlarım olub. Amma yenə də "Neftçi"də qalmağı seçmişəm.

Çünki bu klubda xoşbəxtəm. Çox istəyirdim ki, "Neftçi"nin tarixində iz qoyum.

Ən böyük problemimiz odur ki, çox dəyişiklik oldu. Hər dəfə dəyişiklər bizə çox problemlər yaratdı.

Stabil olmadıq. Oyunçular da çox dəyişdirildi. O baxımından həmin dövr çətin olur.

İnanıram ki, "Neftçi" mənimlə olsun, mənsiz olsun, yenə də istədiyi yerlərə qayıdacaq. Çünki klub buna layiqdir”.

Digər Xəbərlər
Xəbər Lenti