«Qarabağ»ın Çempionlar Liqasının əsas mərhələsinin dördüncü turu çərçivəsində «Çelsi» ilə keçirdiyi oyun Vensan Abubakarı təəccübləndirib.
«Neftçi»nin yeni ulduzu bu barədə komanda yoldaşlarına danışıb.
Kamerunlu hücumçu Ağdam təmsilçisinin İngiltərə nəhəngi ilə 2:2 etməsini gözlənilməz hal sayıb.
Qarşılaşmanı ekran başından izləyən 33 yaşlı forvard London «zadəganlar»ının Bakıdan asan qələbə ilə dönüşünü təxmin etdiyi halda, görüşün heç-heçə bitməsini sürpriz adlandırıb.
33 yaşlı afrikalı «Qarabağ»ı ilk dəfə belə diqqətlə izlədiyini, onda xoş təəssüratın yarandığını söyləyib.
Abubakar ÇL-dəki təmsilçimizin heyətində Abdulla Zubir, Leandro Andrade və Marko Yankoviçi fərqləndirib.
SPORTİNFO.AZ

