Samir Abasovun qəzəbinə tuş gəldi - ŞOK İDDİAnın detalları bilindi!

4 Noyabr 22:20 Neftçi 758
Samir Abasovun qəzəbinə tuş gəldi - ŞOK İDDİAnın detalları bilindi!

"Neftçi"nin qapıçısı Rza Cəfərovun başının üzərindən qara buludlar çəkilmir.

Bu mövsüm Samir Abasov gənc qapıçıya birmənalı olaraq güvənmir.

Hətta ona Ölkə Kubokunun 2-ci təsnifat mərhələsində MOİK kimi aşağı liqa təmsilçisi ilə görüşdə də qapını etibar etmədi.

İndi isə iddialar var ki, təcrübəli mütəxəssis millinin qapıçısını əvəzedici komandaya göndərib.

Klubdan əldə etdiyimiz məlumata görə, yayılan informasiya həqiqəti əks etdirmir.

22 yaşlı kiper "Kəpəz"lə oyunun hazırlığında əsas komanda ilə iştirak edib.

Bəli, bərpa məşqində olmayıb. Bu da səbəbsiz deyil. Həmin günü "Neftçi-2"nin heyətində "Qəbələ"nin ikinci komandasına qarşı matçda meydana çıxıb.

Cəfərovun ikinci komandada forma geyinməsi də ilk dəfə yaşanmır.

O, 4-cü turda "Sabah-2"yə qarşı görüşdə də meydanda olub.

Qısası, indiki halda Rzanın cəza olaraq əvəzedici komandaya göndərilməsi gündəmdə deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı