Onun üçün “Neftçi”nin qapısına gəldilər - Bizə icarəyə verərsiz?

16:00 Neftçi 712
Onun üçün “Neftçi”nin qapısına gəldilər - Bizə icarəyə verərsiz?

Bu mövsüm «Neftçi»də forma şansı qazanmayan Rza Cəfərova daha bir klub elçi düşüb.

Nicat Mehbalıyevi «Sabah»dan icarəyə götürə bilməyən «Qəbələ» ona görə «ağ-qaralar»ın qapısını döyüb.

«Qırmızı-qaralar» gənc kiperi 6 aylıq sıralarına qatmaq niyyətində olduğunu bildirib.

Ötən mövsüm kapitan sarğısı daşımış, Kenan Piriçindən gəlişindən sonra ehtiyatda qalan 22 yaşlı «əlcək sahibi» qış fasiləsində yerdəyişmə etmək fikrindədir.

O, daim oyun praktikası qazana biləcəyi komandaya getmək qərarını qətiləşdirib.

«Qəbələ»nin baş məşqçisi Kaxaber Sxadadze yönətimdən qapıçı alınmasına büdcə ayrılmasını tələb edib.

Gürcüstanlı çalışdırıcı qış fasiləsindək bu mövqeni gücləndirmək lazım gəldiyini söyləyib. 2024-cü ilin martından «qırmızı-qaralar»ın sükanı arxasında olan mütəxəssis

Səlahət Ağayevdən narazılığını dilə gətirib. Sxadadze Ağayevin Premyer Liqanın geridə qalan 9 turunda heç də etibarlı təsir bağışlamadığını bildirib.

«Qəbələ» mövsmümün bura qədər olan bölümündə qapısında 13 qol görüb. Aktivinə vur-tur 5 xal yazdıra bilmiş region təmsilçisi «Karvan»la birlikdə turnir cədvəlində 10-11-ci pillələri bölüşdürür.

Nicat Mehbalıyev «Sabah»da qapı üzünə həsrətdir. Stas Pokatilov bu ilin əvvəlindən - Azərbaycana gələndən bəri «1 nömrə»li formanı ələ keçirib, o isə ehtiyat skamyada «növbə» çəkməkdədir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti