Bassala Sambu son 4 görüşdə 4 dəfə fərqlənib.
Yuxu deyil, reallıqdır.
Söhbət ilk 6 turda qol hesabını belə aça bilməyən forvarddan gedir.
Və həmin 6 matçın hamısında start heyətində yer almışdı.
Nə dəyişdi?
Ehtiyat skamiyanın iyisini daddı.
Bəli, ilk dəfə 7-ci turda "Zirə"yə qarşı matçda 28 yaşlı legioner ehtiyat skamiyada oturdu.
Əslində həftələr öncədən bunun vacib olduğunu biz dilə gətirirdik.
Samir Abasov isə səbr etməyə davam edirdi.
Mənasız olduğunu görüncə nəticəsi də gəldi.
Sambu toxunulmaz olduğunu anlamalıyıdı. Yalnız 7-ci turda bunu ona başa salan oldu.
Samir Abasov ayıltdı, Vensan Abubakarın gəlməsi isə bütün varlığı ilə hiss edəcək qədər silkələdi.
Sambu indi daha yaxşı anlayır ki, qol(lar) vurmaq mütləqdir.
Meydanda ora-bura qaçmaq, vuruşmaq hər şey demək deyil. Bir hücumçu üçün heç deyil.
XANOĞLAN / SPORTİNFO.AZ

                
                
                
                
                    