“Neftçi”nin yerli futbolçusu: “Qarabağ” elə komandadır ki…”

17:20 Neftçi 353
“Neftçi”nin yerli futbolçusu: “Qarabağ” elə komandadır ki…”

“Düşünürəm ki, “Qarabağ”la oyunş atmosfer və rəqabət baxımından gərgin, eyni zamanda maraqlı olacaq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Elvin Camalov deyib.

30 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XI turunda keçiriləcək “Qarabağ”la derbiyə xüsusi hazırlaşdıqlarını bildirib:

“Komandalar arasında necə rəqabət varsa, azarkeşlər arasında da var. Fikrimcə, “Qarabağ” – “Neftçi” oyunu hər zamankı kimi maraqlı və fərqli ab-havada keçəcək.

“Qarabağ” elə komandadır ki, hər iki heyəti də keyfiyyətli futbolçulardan ibarətdir. Düşünürəm ki, gərgin, bərabər səviyyəli qarşılaşma olacaq.

Əlimizdən gələni edəcəyik ki, qalib gələn tərəf biz olaq”.

Digər Xəbərlər
Xəbər Lenti