«Neftçi»nin Aleks Fernandes və Andrey Ştoqrinin ilə yolları ayırmasına dair xəbərlər yayılıb.
Sostal şəbəkələrdə tirajlanan məlumatlara görə, paytaxt təmsilçisi hər iki legionerlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Bildirilir ki, «ağ-qaralar» müəyyən təzminat qarşılığında braziliyalı və ukraynalı yarımmüdafiəçilərə qapını göstərib.
Hərçənd bu informasiyaların heç bir əsası yoxdur. Hər iki əcnəbi hazırda Bakıda - klubun bazasındadır. Onlar gündəlik məşq prosesində iştirak edirlər.
Düşərgədən redaksiyamıza verilən məlumata görə, Fernandes və Ştoqrin ən azı qış fasiləsindək burada qalacaq.
«Neftçi» onların adlarını iştirak ərizəsinə salmayıb. Roman Qriqorçukun 2024-cü ilin yayında Ukraynadan Azərbaycana gətirdiyi həmyerlisi ilə həmin vaxt 3 illik müqavilə imzalanıb.
Bu ilin əvvəlində «Baltika»dan icarəyə götürülmüş braziliyalı isə «nəm-nüm» elədiyi üçün kənarda qalıb.
Kalininqrad təmsilçisi Fernandesə azad agent statusu verməyə hazır olsa da, səbəbkar «Neftçi» ilə srbəst kontrakt bağlamaqdan boyun qaçırıb.
SPORTİNFO.AZ

