“Neftçi”də Abubakarla oynamaqdan zövq alan kimdir elə?

2 Noyabr 18:35 Neftçi 729
“Neftçi”də Abubakarla oynamaqdan zövq alan kimdir elə?

“Vensan Abubakar böyük futbolçu, möhtəşəm insandır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin yeni legioneri İfeanyi Metyu deyib.

Nigeriyalı yarımmüdafiəçi kamerunlu hücumçu ilə çiyin-çiyinə oynamağın verdiyi rahatlıqdan bəhs edib:

“O, əla karyeraya sahibdir. Abubakarla oynamaq mənə həzz verir.

Tək mənə yox, bütün komandaya. O, öz gəlişi ilə komandaya enerji və motivasiya gətirib.

Onunla oynamaq adama rahatlıq verir. Əminəm ki, “Neftçi” üçün böyük işlər görəcək. Bu, hələ başlanğıcdır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!