"Neftçi" bu transferi etsə, aləm bir-birinə dəyəcək!

3 Noyabr 19:00 Neftçi 1 694
"Neftçi" bu transferi etsə, aləm bir-birinə dəyəcək!

"Fənərbağça"nın hücumçusu Cenk Tosunun karyerasını Azərbaycanda davam etdirə biləcəyi haqda xəbərlər yayılıb.

İstanbul klubunda baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas heyətdən kənarlaşdırılan 34 yaşlı forvardın özünə yeni komanda axtardığı bildirilir.

Deyilənlərə görə, Türkiyə millisinin sabiq üzvü “Neftçi”yə keçmək istəyir.

İddia olunur ki, o, vaxtilə “Beşiktaş”da çiyin-çiyinə çıxış etdiyi Vensan Abubakarın Bakı klubuna keçidindən sonra Premyer Liqada oynamağa müsbət yanaşır.

"Fənərbaxça" məşhur hücumçunun ayrılığına, oyunçu özü də Bakıya gəlməyə isti yanaşa bilər, amma "Neftçi" bu izdivaca heç bir halda qol qoymalı deyil.

Bəli, komandanın yaxşı forvarda, liderə ehtiyacı vardı.

Abubakar kifayət qədər uğurlu seçim kimi görünür.

1 ulduz bəsdir, 2-ci artıq olar.

2-cinin gəlişi digərlərinin gəlişinə zəmin yaradacaq.

Proses Türkiyə klubların yanaşmasına doğru aparır.

Heç bir halda buna yol vermək olmaz.

Türkiyə təcrübəsi illərdi göstərir ki, ulduzları heyətə doldurmaq, milyonları onların yolunda səpmək uğurun açarı, krizisdən çıxış yolu deyil.

Əksinə, "ağ qaralar" eyni metodla getməyə can atsa, sonun başlanğıcı olar.

Hər nə qədər SOCAR klubun sponsoru olsa belə, Türkiyə klubları ilə büdcə müqayisəsi yersizdir.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
3 Noyabr 18:10 Çək və bizə göndər!