“Neftçi”də indi bir avtoritet var - Abasovun 1 ildə bacarmadığını o, 1 həftəyə bacardı

14:00 Neftçi 2 080
“Neftçi”də indi bir avtoritet var - Abasovun 1 ildə bacarmadığını o, 1 həftəyə bacardı

Vensan Abubakar bir həftədir buradadır, artıq «Neftçi» üçün 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Hələ ideal formada olmaya-olmaya.

Klubun rəhbərliyi Samir Abasova karyerasının ən böyük yaxşılığını edib.

Abubakarı Azərbaycana gətirən insanlar canıyla, qanıyla, ürəyi ilə «Neftçi»yə bağlı olan, onu sevən, ondan ötrü hər cür fədakarlıq etməyə hazır şəxslərdir.

Samir Abasovun özünə qalsaydı, yenə gedib Sambu kimi ikinci, üçüncünü birini tapıb, ona ağ-qara forma geyindirərdi.

Abubakar klubun başında dayananların «Neftçi» ailəsinə böyük hədiyyəsidir. Kamerunlunun düşərgədə görünməsi hamının əhval-ruhiyyəsini dəyişib.

Futbolçusundan tutmuş ta adi işçiyə kimi.

Artıq «Neftçi»də hər kəs qələbəyə, uğura köklənib. Ruh yüksəkliyi indi sərhəd tanımır.

Bunu edən Abubakardır. Abasovun ötən 1 ildə bacarmadığını o, 1 həftə içində bacardı.

33 yaşlı afrikalı «Kəpəz»lə qarşılaşmanı da boş keçmədi. Bir qol vurdu, bir də epizod qaçırdı.

Beş ay futbolsuz qalmış hücumçu belə qısa müddətdə 4 qol vura bilibsə, təxmin etmək olar ki, bir neçə həftədən sonra nə işlər görəcək meydanda!

Yavaş-yavaş forma yığacaq, bombardirlər siyahısının zirvəsində özünə «yuva» quracaq.

Axır bir həftəyə kimi «Neftiçi»də bitiricilik çatışmırdı. Yaradılan qol fraqmentlərinin çox xəsisliklə dəyərləndirirdilər.

Abubakar gələndən Sambu da, digərləri də «dirilib». Kapitan Emin Mahmudov da daxil, hər biri qəbul edib ki, indi komandanın bir avtoriteti var, o, Abubakardır.

2017-ci ildən burada olan Emin uzun müddətdir kapitanlıq sarğısını qolunda gəzdirir. Ancaq komandada kimi onu liderliyi ilə razılaşırdı, kimi razılaşmırdı.

Abubakara münasibət isə birmənalıdır: bütün oyunçular onun zəngin karyerasının cazibəsi altına yığışıb.

MUSA

Digər Xəbərlər
Xəbər Lenti