"Neftçi" Premyer Liqanın X turunda "Kəpəz"lə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilən oyunda ev sahibləri 5:1 hesablı qələbəyə sevinib.
"Ağ-qaralar"ın qollarını Emin Mahmudov (19-pen), Vensan Abubakar (23), Bassalo Sambo (74, 86) və Freddi Varqas (90+1) vurublar.
Qonaqlardan isə Sadiq Şəfiyev (77) fərqlənib.
Turnir cədvəlində "Neftçi" 15 xalla altıncıdır. 3 xalı olan "Kəpəz" isə, sonuncu - onikincidir.
“Neftçi” - “Kəpəz” 5:1
Qollar: Emin Mahmudov, 18 (p.); Vensan Abubakar, 23; Bassala Sambu, 74, 87; Freddi Varqas, 90+1 // Sadiq Şəfiyev, 78
“Palms Sports Arena”, 2300 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Gülnurə Əkbərzadə
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Azər Əsgərov
Sarı vərəqələr: Emin Mahmudov, 53 (qeyri-idman hərəkəti); İqor Ribeyro, 67 (qeyri-idman hərəkəti) // Dioqo Verdaska, 35 (qeyri-idman hərəkəti); Şakir Seyidov, 40 (qeyri-idman hərəkəti); Ümid Səmədov, 65 (qeyri-idman hərəkəti); Olavale Onanuqa, 90+2 (qeyri-idman hərəkəti); Rauf Hüseynli, oyundan sonra (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 4 dəq.
“Neftçi”
13. Kenan Piriç
8. Emin Mahmudov (k)
(7. Emil Səfərov, 79)
15. Elvin Bədəlov
45. Vensan Abubakar
(9. Bassala Sambu, 68)
77. Falaye Sako
24. Mustafa Sek
5. İqor Ribeyro
18. İfeanyi Metyu
(4. Elvin Camalov, 89)
11. İmad Faraj
(47. Murad Məmmədov, 79)
10. Freddi Varqas
23. Cordan Rezabala
(22. Luis Ortis, 68)
Ehtiyat oyunçular:
1. Emil Balayev
93. Rza Cəfərov
17. Murad Xaçayev
19. Ağadadaş Salyanski
14. Edvin Kuç
6. Sessi Dalmeyda
27. Kristian Kostin
Baş məşqçi: Samir Abasov
“Kəpəz”
1. Kaçper Rosa
27. Məqsəd İsayev
7. Ehtiram Şahverdiyev
(53. Şahmar Aşurov, 84)
77. Fərid Nəbiyev
5. Rauf Hüseynli
88. Şakir Seyidov
(99. Əli Səmədov, 63)
9. Luis Paçu
(21. Sadiq Şəfiyev, 63)
11. Vitor Feijao
(17. Ümid Səmədov, 46)
29. Dioqo Verdaska (k)
24. Olavale Onanuqa
38. Cefferson Bentu
(15. Raul Məmmədov, 75)
Ehtiyat oyunçular:
81. Elgün Bayramov
20. Elcan Əbilov
23. Fərid Kələntərov
66. Arzu Atakişiyev
55. Kresus Donqo
6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov

