“Neftçi”nin baş məşqçisi Abubakar haqda suallardan bezdi

1 Noyabr 20:30 Neftçi 498
“Neftçi”nin baş məşqçisi Abubakar haqda suallardan bezdi

"Neftçi" Premyer Liqanın 10-cu turunda doğma meydanda "Kəpəz"i 5:1 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında sualları cavablandırıb:

- Mövsümdə ən rahat qələbənizi qazandınız. Sanki bu gün daha istəkli oyun göstərdiniz. Vensan Abubakarın komandaya nə qədər təsiri var?

- Abubakarın komandaya təsiri, təbii ki, böyükdür. Ancaq biz bütün oyunlarda istəkliyik. Hətta elə oyun olub ki, bundan da yaxşı oyun göstərmişik. Ancaq bu gün sualları yalnız bir futbolçuya həsr edəcəyiksə, digərlərinə haqsızlıq olar.

- Üç ardıcıl qələbənizi qazandınız. Qarşıda derbi var. “Qarabağ”ın müdafiəsindəki boşluqları nəzərə alaraq nə demək istərdiniz?

- “Qarabağ”da heç bir boşluq yoxdur. Həmişə yaxşı oyun göstərirlər. “Çelsi” ilə oyunda uğur arzulayırıq. Ümidvarıq ki, qələbə qazanacaqlar. Bizim derbiyə gəldikdə, fikirləşirəm ki, maraqlı olacaq. İnanıram ki, hər iki komanda derbiyə layiq oyun nümayiş etdirəcək.

-Oyundan narazı qaldığınız an oldu?

-Bəzi epizodlar oldu ki, orada bir az aşırı situasiyalar oldu.

- İmad Faraj sanki topla çox oynadı. Bu, qol vurmaq istəyindən, ya özünü texniki baxımdan göstərmək istəyindən irəli gəlirdi?

- Onun ətrafında olan oyunçular aşırı situasiyaya köklənmişdi. Məsələ də budur. Biz bunu təkmilləşdirmək istəyirik.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 18:10 Çək və bizə göndər!