“Neftçi” son anda bu keçiddən imtina etməli oldu!

14:45 Neftçi 592
“Neftçi” son anda bu keçiddən imtina etməli oldu!

Vensan Abubakarı sıralarına qatan “Neftçi” İdrissa Dumbiyanın keçidini bitirə bilməyib.

Paytaxt klubunun iki aya yaxındır danışıqlar apardığı Azərbaycana gətirməsindən xəbərdarsız.

Fil Dişi Sahilindən olan yarımmüdafiəçi klubun şəraiti ilə yaxından tanışlıq üçün ölkəmizə təşrif buyurub.

İki həftəyə yaxın Bakıda olan afrikalı ilə ümumi razılıq əldə edilmədiyindən, o, artıq geri qayıdıb.

Yayda “Əl-Əhli”dən (Qətər) ayrılan 27 yaşlı oyunçu hazırda azad agent statusu daşıyır.

İdrissa Dumbiya “Anderlext”, “Sportinq”, “Ueska”, “Alanyaspor” kimi tanınmış klublarda çıxış edib. O, 2023-cü ildən bəri Fil Dişi Sahili millisinin heyətində 4 matçda meydana çıxıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti