"Vensan Abubakar ağıl dolu futbol sərgilədi".
Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin eksperti Emin Abbasova məxsusdur.
O, karyerasını Azərbaycanda davam etdirməyə razılıq verən kamerunlu hücumçunun "Neftçi"yə ilk faydasından danışıb.
Bildirib ki, "ağ-qaralar"ın Premyer Liqanın doqquzuncu turunda Qəbələ səfərindən 2:0-lıq qələbəylə dönməsinin səbəbkarı odur.
Belə ki, 33 yaşlı forvard qolçuluq bacarığını elə debüt matçında gözlər önündə sərib.
Abubakarın məhsuldar ötürmə verməsinə və qol vurmasına diqqət çəkən tanınmış teleşərhçi deyib ki, bakılılar onun simasında böyük oyunçu qazanıb.
Abbasov afrikalı legionerin "Neftçi"yə hələ çox kömək edəcəyini vurğulayıb.
Xatırladıb ki, paytaxt təmsilçisi Abubarın gəlişiylə ən böyük problemini aradan qaldırmış kimi görünür. Çünki Kamerun yığmasının liderinin bitiricilik keyfiyyəti yüksəkdir və bunu Qəbələdə vurduğu qolla təsdiqləyib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

