“Neftçi” məşhur hücumçuya 1 milyon avrodan yüksək maaş verəcəkmi?

14:20 Neftçi 524
“Neftçi” məşhur hücumçuya 1 milyon avrodan yüksək maaş verəcəkmi?

Adı “Neftçi” ilə birgə hallanan Cenk Tosunun klubu “Fənərbağça”dakı taleyinə aydınlıq gəlib.

Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu qış fasiləsində komandasını dəyişəcək.

“Samsunspor”la matçda ehtiyatda qaldığı üçün baş məşqçi Domeniko Tedeskoya etiraz edən Türkiyə millinin sabiq üzvü heyətdən uzaqlaşdırılıb. İtaliyalı mütəxəssis rəhbərliklə görüşərək, bundan sonra Cenkə ehtiyac duymayacağını bildirib.

Bu səbəbdən hazırda İstanbul təmsilçisinin U-17 komandası ilə məşqlərə çıxan Tosun yeni komanda axtarışı ilə bağlı menecerini təlimatlandırıb.

Futbolçu özünə yeni komanda tapacağı təqdirdə “Fənərbağça” rəhbərliyi qış fasiləsində onun gedişinə mane olmayacaq. Yeganə problem onun məvacibidir.

Belə ki, hücumçunun illik məvacibi 1 milyon avrodan yüksəkdir. Cenk sabiq komanda yoldaşı Vensan Abubakar vasitəsilə “Neftçi”yə keçmək variantını ortaya atsa da, Bakı klubuna gəlmək üçün maaşında ciddi endirimə getməlidir.

Cenk Tosunun “Fənərbağça” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir. O, 2016-17 mövsümündə, 2021-in ikinci yarısında və 2023-24 mövsümündə Abubakarla “Beşiktaş”da çiyin-çiyinə oynayıb.

4fde7c39 6f8e 46c3 9b6a 5798f97beaba - Futbolinfo.az

Digər Xəbərlər
Xəbər Lenti