“Mənim hədəfim akademiyada keyfiyyətli iş qurmaqdır”.
“Neftçi” Futbol Akademiyasının məşqçisi Tural Lətifov Sportinfo.az-a açıqlamasında belə deyib.
Fiziki hazırlıq üzrə mütəxəssis bildirib ki, gənc futbolçuların inkişafına töhfə vermək, onların peşəkar futbola hazırlanması onun üçün hal-hazırda əsas prioritetdir:
“Amma uzunmüddətli məqsədim əsas komandada da işləyərək öz təcrübəmi daha yüksək səviyyədə sınamaqdır. Yəni, akademiyada topladığım bilik və təcrübə mənim üçün pilləkəndir.
Gələcəkdə isə əsas komandada çalışmaq təbii bir hədəfdir. Allahın izni ilə həmçinin xaricdə işləmək və Azərbaycanı hər hansı Avropa nəhəngində təmsil etmək məqsədim də var.
Artıq bu yay Asiyadan təkliflər almışdım, amma özümü hələ belə bir təcrübəyə hazır hesab etmədim. Çünki hələ öyrənməyə və işləməyə ehtiyacım var”.

