“Qardaşım məni “Neftçi”yə təklif etmişdi, sadəcə...” - FOTO

20:00 Neftçi 914
“Qardaşım məni “Neftçi”yə təklif etmişdi, sadəcə...” - FOTO

Cari mövsümdən etibarən ölkəmizdə legioner həyatı yaşayan qardaşlar təkcə Mikelslər deyil.

Almaniyadan olan qardaşlara bu dəfə Malidən olan qardaşlar qoşulub.

Maraqlıdır ki, hər ikisi eyni vaxtda Azərbaycana təşrif buyurub.

Böyük qardaş Falaye Sako “Neftçi”nin, kiçik qardaş Momo Sako isə “Səbail”in uğurları üçün tər tökür.

Düşünmək olardı ki, Falayenin ölkənin ən köklü klubuna keçidindən sonra Momonun Azərbaycana yolu açılıb. Amma yox.

23 yaşlı yarımmüdafiəçi Sportinfo.az-a açıqlamasında “Neftçi”də baxışda olmasından, “Səbail”in formasını geyməsindən, ümumiyyətlə, bura necə gəlib çıxmasından bəhs edib:

“Əməkdaşlıq etdiyim agent şirkətinin agentləri Vania Mendes və António Kardinal uzun müddətdir adımı Azərbaycanda tanıtmışdı. Və buna görə də Azərbaycan klubları məni diqqətdə saxlayırdı.

Fikrimcə, karyeramı Azərbaycanda davam etdirməyim futbolçu keyfiyyətlərimin yaxşı olmasına görədir. Bunu Falaye ilə əlaqələndirə bilmərəm.

Qardaşımın “Neftçi”yə gəlişi xoş bir təsadüf idi və o, məni “Neftçi”yə təklif etmişdi. Sadəcə, orada qalmağım alınmadı, “Səbail”ə keçdim”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...