“Neftçi”nin artıq başqa transferə ehtiyacı yoxdur, o, 22-25 qol vuracaq”

12:40 Neftçi 622
“Neftçi”nin artıq başqa transferə ehtiyacı yoxdur, o, 22-25 qol vuracaq”

“Vensan Abubakar "Neftçi" üçün uğurlu transferdir”.

Sportinfo.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında “Neftçi”nin sabiq futbolçusu Baqali Dabo deyib.

O, Abubakarın komandaya mümkün qatqısı barədə söz açıb:

“Abubakar digər oyunçulara, əsasən də hücum xəttinin üzvlərinə təcrübə qazandıracaq. Gənc futbolçular üçün Abubakarla bir komandada oynamaq gözəl fürsətdir”.

Dabo “Neftçi”nin Kamerun millisinin kapitanının sayəsində mövsümü yüksək pillələrdə bitirə biləcəyini bildirib:

“Komanda artıq daha rəqabətcil olacaq. Düşünürəm ki, futbolçular indi oyundan-oyuna daha çox özünəinam qazanacaqlar və daha yaxşı çıxış edəcəklər.

“Neftçi”nin artıq başqa transferə ehtiyacı yoxdur, onların çox yaxşı komandası var”.

37 yaşlı sabiq hücumçu Vensan Abubakarın cari mövsüm ərzində vura biləcəyi qol sayını təxmin edib:

“Məncə, 22-25 aralığında qol vura biləcək. Onun uğurlu çıxış edərək Avropanın top liqalarına qayıtmaq üçün əla fürsəti var. Hər şey onun özündən asılıdır”.

Baqali Dabo 2016-2018-ci illərdə “Qəbələ”də, 2018-2020-ci illərdə isə “Neftçi”də çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...