“Neftçi”yə yeni gələn: “Azərbaycan çempionatı  oradan geri qalır”

30 Oktyabr 23:40 Neftçi 341
“Neftçi”yə yeni gələn: “Azərbaycan çempionatı  oradan geri qalır”

“Türkiyə ilə Azərbaycan çox oxşardır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin 1 ay öncə sıralarına qatdığı Metyu İfeanyi deyib.

“Ağ-qaralar”la 1+1 illik müqavilə imzalayan nigeriyalı yarımmüdafiəçi vaxtilə Türkiyə Birinci Liqasında “Osmanlıspor”un uğurları üçün tər töküb.

Afrikalı legioner iki ölkəni və çempionatları müqayisə edə bilib:

“Türkiyədə cəmi 6 ay yaşasam da, müəyyən təəssüratlarım var. İnsanların davranışları, mədəniyyət, din, yeməklər, futbola olan sevgi - demək olar hamısı bənzəyir.

Özüm müsəlman olmasam da, İslam ölkəsində yaşamaq mənim üçün çox rahatdır.

O ki qaldı çempionatların fərqinə, fikrimcə, Azərbaycan Premyer Liqası Türkiyə Super Liqasından geri qalır, lakin Birinci Liqanı üstələyir.

Razıyam, Türkiyədəki stadionlarda azarkeşlər çox olur.

Ancaq oyun keyfiyyəti və futbolun səviyyəsi baxımından Azərbaycanın Premyer Liqası Türkiyənin Birinci Liqasından üstündür”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...